Prof. Michele Moore 1983-cü ildə İngiltərənin “New Castle Open Tyne” Universitetində bakalavr təhsilini tamamlamışdır. 1984-cü ildə isə Londonda “Institute of Education” da magistr təhsilini davam etdirmişdir. Doktorantura dərəcəsini 1993-cü ildə Londonda Greenwich universitetində bitirmişdir. Psixologiya, təhsil və əlillik tədqiqatlarında tanınan professorlardan biridir. Hazırda, dünyada əlilliklə bağlı insan hüquqları, ayrı- seçkilik kimi məsələlərdə aparıcı araşdırmaları özündə ehtiva edən “Əlillik və Cəmiyyət” jurnalınin baş redaktorudur. 2002-ci ildə yaradılmış,
beynəlxalq əlillik mövzularında ekspert məsləhəti verən tədqiqat və məsləhət agentliyi olan “Inclusion Childhood and Education Ltd (ICE)” şirkətinin təsisçi direktorudur. Bu təhsil şirkəti əlillərə, onların ailələrinə və onların təmsilçi təşkilatlarına dəstək verən hökumətlər və agentliklərə dəstək olmaq üçün fəaliyyət göstərir. Əlillik, ailə və uşaq problemləri üzrə aparıcı beynəlxalq ekspert kimi 30 ildən çox beynəlxalq təcrübəyə sahibdir. Michele Moore 16-dan çox kitabın, həmçinin çoxsaylı elmi məqalələrin müəllifidir.