Adrian Frank Furnham, Cənubi Afrika əsilli İngilis psixoloqudur. Adrian psixologiya sahəsində bir bakalavr dərəcəsi, üç magistr dərəcəsi və üç doktorluq dərəcəsini tamamlamışdır. O, 1970-74-ci ildə Natal Universitetində bakalavr, 1977- 81-ci illərdə Oxford Universitetində doktorluq, 1976-77-
ci ildə Strathclyde Universitetində magistr və 1991-ci ildə yenidən doktorluq dərəcəsini London Universitetində almışdır. Britaniya Psixoloji Cəmiyyəti və Amerika Psixoloji Assosiasiyasının üzvüdür. O, 1990-cı illərdən bu günə qədər Avropa və dünyanın ən məhsuldar psixoloqu kimi tanınır. Bütün zamanların ən yaxşı 200 psixoloqu arasında yer almışdır. Böyük Britaniyada və müxtəlif dövlət sektorlarında (ordu, polis, hökumət) və eləcə də özəl sektorlar (banklar, hava
yolları, konsorsiumlar) daxil olmaqla 50-dən çox şirkət üçün məsləhətçi, təlimçi və məruzəçi kimi fəaliyyət göstərmişdir. O, 40 dilə tərcümə edilmiş 95 kitabın müəllifidir. Beynəlxalq dərəcəli məşhur jurnal və qəzetlərdə 500-dən çox məqalənin müəllifidir. Furnham psixologiya sahəsində geniş tədqiqatları ilə tanınır. O, tətbiqi, iqtisadi, sağlamlıq, peşə, sosial və diferensial psixologiya kimi mövzularda tədqiqatlar aparmışdır. O, 1000-dən çox bloq və 300- dən çox beynəlxalq konfransın spikeri olmuşdur. Beynəlxalq elmi jurnallarda 1480 elmi məqalənin müəllifidir. Furnham Britaniya Psixoloji Cəmiyyətinin üzvüdür, 2011-ci ildə “British