2003-cü ildə Marmara Universiteti Atatürk Təhsil Fakültəsində Rəhbərlik və Psixoloji Konsultasiya sahəsində bakalavr təhsilini tamamlamışdır. Həmin universitetin Təhsil Elmləri İnstitutunun Rəhbərlik və psixoloji konsultasiya şöbəsində magistratura (2007) və doktorantura pilləsini (2012) bitirmişdir. 2003-cü ildə Kilis Rəhbərlik və Araşdırma Mərkəzində 5 ay psixoloji konsultant olaraq çalışdıqdan sonra, 2004-cü ildə Marmara Universitetində elmi işçi kimi fəaliyyətə başlayıb. 2012-ci ildə müəllim olaraq akademik fəaliyyətə başlamışdır. 2017-ci ildən
yardımçı dosent olaraq fəaliyyətini davam etmişdir. 2018-ci ildən isə Rəhbərlik və Psixoloji Konsultasiya sahəsində dosent dərəcəsini almışdır. Hal-hazırda həmin kafedrada professor- müəllim vəzifəsində çalışır və magistr, doktorluq dissertasiyalarına elmi rəhbərlik edir. Onun təhsil sahələrini pozitiv psixologiya, ailə konsultasiyası, psixoloji konsultasiya dərsləri və superviziyalar əhatə edir. Hal-hazırda eyni universitetdə müəllim və dosent olarak fəaliyyətinidavam etdirir. Həmçinin, magistr ve doktorluq dissertasiyalarına elmi rəhbərlik edir.