Prof.Dr. Müge Yüksel 1995-ci ildə Marmara Universiteti Psixoloji Konsultasiya və Rəhbərlik fakültəsini bitirib. O, Marmara universitetində 1998-ci ildə magistr dərəcəsini, 2003-cü ildə isə Təhsil Elmləri İnstitutunda fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 1995-ci ildən Marmara Universitetində akademik fəaliyyətini davam etdirir. Məktəblilərin məktəbə uyğunlaşma, davranış problemləri və öyrənmə problemlərinə müdaxilə üçün diaqnostik proqramların hazırlanması, məktəbəqədər, o cümlədən xüsusi təhsil və reabilitasiya mərkəzlərində psixoloji konsultasiya xidmətlərinin təşkili, yeniyetmələrlə konsultasiya, yetkinlik və yaşlılıqda psixoloji xidmət, proyektiv üsullar, zəka testləri, inkişaf və diqqət testləri, ailə həyatı bacarıqları və evlilik
harmoniyası kimi mövzular üzərində işləmişdir. 1997-ci ildən məktəblilərin, eləcə də gənclərin psixoloji və koqnitiv proseslərinin dəyərləndirməsi sahəsində psixoloji konsultasiyalar aparır. O, məktəbəqədər psixoloji konsultasiya xidmətləri ilə bağlı dörd kitab yazmış və müxtəlif kitabların da redaktorluğunu öhdəsinə götürmüşdür. Rasional emosional terapiya (REBT), geştalt terapiya, ekspressiv terapiyalar, tranzaksiya analizi, yaradıcı və öyrədici drama, qoruyucu və profilaktik rəhbərlik, öyrənmə və davranış problemləri, yetkinlik və qocalıq yaş dövrləri üzrə psixoloji konsultasiyalar, yeniyetmələrlə konsultasiya, ECO-C (European Communication Certificate) və.s kimi ölkə daxilində, həm də xaricdə müxtəlif təlimlərdə iştirak etmişdir. Hal-hazırda Marmara