Prof. Dr. Azize Nilgün Canel, Marmara Universiteti Təhsil Elmləri Fakültəsinin Psixoloji konsultasiya və rəhbərlik bölümünü bitirmişdir. Magistr təhsilini eyni universitetdə davam etdirmişdir. Doktorantura təhsilini Marmara Universitetində “Ailədə problem həll etmə, evlilik
məmnuniyyəti və bir qrup işinin yoxlanılması” ilə əlaqədar mövzu üzərində işləyərək tamamlamışdır. Akademik həyatına İstanbul Universitetinin Psixoloji Konsultasiya və rəhbərlik departamentində elmi işçi kimi başlamışdır. Hal-hazırda Marmara Universiteti Təhsil elmləri Fakültəsində akademik fəaliyyətini davam etdirir. Ailə münaqişələri üzrə dosentlik dərəcəsi alan Canel, cütlüklər və ailələr haqqında müxtəlif kitabların müəllifidir. O, Türkiyədə asılılıq ilə bağlı Mübarizə Proqramının hazırlanmasında fəal iştirak etmişdir, Türkiyə Ailə və Sosial Xidmətlər
Nazirliyinin üçün hazırladığı Ailə Təhsili Proqramında, həmçinin “Evlilik və Ailə Həyatı” və “Ailə Həyatı Bacarıqları” proqramlarında iştirak etmişdir. Cütlük və Ailə Terapiyaları, Evlilik Konsultasiyası, Cütlük Terapiyasında Rasional Emosional Davranış Terapiyası, Həll yönümlü Terapiya və Narrativ terapiya mövzularında müxtəlif təlimlər keçmişdir. Hal-hazırda Marmara Universitetində bakalavr, magistr və doktorantura səviyyələrində cütlük və ailə konsultasiyası, psixoterapiya, postmodern və qısa müdddətli həll yönümlü terapiya, kreativ düşüncə və yaradıcı konsultasiya kimi müxtəlif fənnləri tədris edir. O, yerli və beynəlxalq əhəmiyyətli konfranslarda iştirak etmiş, çox sayılı tədqiqat, məqalə, həmçinin kitabların müəllifidir. Hal-hazırda Marmara Universitetində cütlük və ailə konsultasiyası, psixoterapiya və kreativ düşüncə dərsləri tədris edir və tədqiqatla məşğul olur.